Bağdadda növbəti terror: 10 nəfər dünyasını dəyişdi

Maide.az-ın məlumatına görə, İraqın paytaxtı Bağdadda yerləşən Şeraton və Babül Fil otellərinin yaxınlığında baş verən iki partlayış nəticəsində 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. 
 
Partlayışlardan biri Kərradə məntəqəsində, Ələviyyə klubunun önündə, Şeraton otelinin yaxınlığında baş verib. İkinci partlayış isə Bağdadın Cadiriyyə məntəqəsində, Babül Fil oteli yaxınlığında baş verib. Bu iki partlayış bomba quraşdırılmış avtomobillər vasitəsilə törədilib. 
 
Bu iki partlayışın ardınca İraqın təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi məntəqədə yerləşərək, yoxlama-buraxılış postları qurublar. 
 
İraqın təhlükəsizlik qüvvələri həmçinin, bu terror aktının ardınca təhlükəsizlik tədbirlərini gücləndiriblər. 
 
Partlayışlardan öncə İraqın Kəşfiyyat Təşkilatı İŞİD-ə bağlı bir terror dəstəsinin üzvlərini həbs etmişdi. Bu terrorçular paytaxtda, həssas məntəqələrdə terror aktları törətmək niyyətində olublar.

Google+ WhatsApp ok.ru