Bağdadda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransı keçriləcək

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransı  yanvarda İraqın paytaxtı Bağdadda keçiriləcək. 
Maide.az xəbər verir ki, iclasda  terrorizm və ifratçılıq ilə mübarizə mövzusunda keçiriləcək.
İclasda 53 ölkədən nümayəndələr iştirak edəcək.  İclasda terrorizm və ifratçılıqla mübarizədə İslam ölkələri arasında əməkdaşlıq və təcrübə mübadiləsi  müzakirə olunacaq. 
Bu İŞİD-in İraqa hücumundan sonra ilk iclasdır ki, İraqda keçiriləcək.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası İstanbulda keçirilmişdi.  İstanbul bəyannaməsi qəbul olunub. Sənəddə beynəlxalq terrorizmlə mübarizə, münaqişə zonalarında sülhə nail olmaq, İslam əleyhinə təbliğat kampaniyalarının qarşısını almaq, bəşəri dəyərlərin qorunması istiqamətində digər məqamlara dair birgə səylər göstərmək məsələləri əksini tapır.
İstanbul bəyannaməsi Bağdadda keçirilən iclasda müzakirəyə çıxarılacaq. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru