Nigeriya ordusu şiələrinin Bəqiyyətullah (əc) hüseyniyyəsini dağıtdı -FOTO

Nigeriya ordusu ötən gün bu ölkənin şiələrinin Bəqiyyətullah (əc) hüseyniyyəsini dağıtdı.
Maide.az xəbər verir ki, bu gün  Nigeriya İslami Hərəkatı Bəqiyyətullah (əc) hüseyniyyəsinin dağıdıldığı xəbərini təsdiq edib və bu ölkənin şiələrinin hüseyniyyəsinin dağıdılmamışdan öncə olan  şəkilərini  yayımlayıb. 
Qeyd edək ki, Nigeriya ordusu 13 dekabrda Zarya məntəqəsində, Bəqiyyətullah hüseyniyəsinin üzərinə İmam Hüseyn(ə)-ın şəhadəti münasibətilə sancılan qara bayrağın, İslam Peyğəmbərinin(s.ə.s) miladı münasibətilə milad bayrağı ilə dəyişdirilməsi mərasimində iştirak edən insanlara hücum edərək, çoxlu sayda insanı öldürüb.
Ordu həmçinin bu ölkənin İslam Hərəkatının rəhbəri şeyx İbrahim Zəkzakinin evinə də basqın edərək, onun evinin ətrafında yerləşmiş mühafizəçilərin hamısını qətlə yetirib. Daha sonra evə daxil olan hərbçilər şeyx İbrahim Zəkzakın ailə üzvlərinə qarşı güc tətbiq edib, 2 övladını qətlə yetirib, həyat yoldaşını isə yaralayıblar.
 Nigeriya ordusunun şeyx Zəkzakın evinə basqını zaman, şeyx Zəkzak da 3 güllə yarası alıb və təhqiramiz şəkildə həbs edilib. 
Bu hücumlar zamanı 300 nəfərdən çox şiə şəhid olub./
 
 
 
 

Google+ WhatsApp ok.ru