Bağdadın beynəlxalq hava limanına bir neçə raket atılıb 09 Dekabr 2019 10:10 Dünya Bu gün sübh Bağdadın beynəlxalq hava limanının ərazisinə bir neçə raket atılıb. Maide.Az xəbər verir ki, əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat veriblər. Bildirilib ki, bu gün sübh Bağdadın hava limanı ərazisinə bir neçə raket atılıb. Hücumun səbəbkarları və xəsarətləri barədə hələ məlumat yoxdur. Qeyd edək ki, İraqda son iki ayda korrupsiya, işsizliyin aradan qaldırılması və digər iqtisadi məsələlərlə bağlı aksiyalar iğtişaşlar və toqquşmalarla nəticələnib. Ötən həftənin sonu Bağdadda müxtəlif siyasi partiyaları təmsil edən etirazçıların öz aralarında baş vermiş atışma zamanı azı 10 nəfər həyatını itirib. Ekspertlər Bağdad hava limanına raketlərin atılmasını da ölkədəki cinahlardan hər hansı birinin qarşı tərəfə və ya xarici qüvvələrə mesaj vermək istəməsi kimi qiymətləndiriblər. /salamnews Teqlər : #Bağdadın,#beynəlxalq,#hava,#limanına,#bir,#neçə,#raket,#atılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya yeni sanksiyalarla üzləşə bilər Silah satışında ABŞ şirkətləri dominantlıq edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO