Bakı-Naxçıvan-Bakı reysi ilə uçan sərnişinlərin nəzərinə - GÜZƏŞT VAR

Azərbaycanın baş naziri Artur Rasizadə “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərara dəyişiklik edib.
 
“Report” xəbər verir ki, qərarla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına tətbiq edilən uçuş tarifi üzrə güzəştlərdə yaş həddi aşağı endirilib.
 
Belə ki, indiyədək I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) 30 manat məbləğində güzəşt nəzərdə tutulurdu.
 
Dəyişikliklə güzəşt tətbiq edilən uşaqların yaş həddi 5-dən 2-yə (2-12 yaş) endirilib. Dəyişiklik 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir. /

 

Google+ WhatsApp ok.ru