Rusiya Iranda 8 nüvə reaktoru qurmaq istəyir 12 Noyabr 2014 02:00 Xəbərlər Rusiya İranda iki nüvə reaktoru tikəcək. Moskvada noyabrın 11-də İranla Rusiya arasında imzalanmış sənədlər İranda daha 8 reaktorun tikilməsini nəzərdə tutur. İki ölkənin nüvə agentliklərinin imzaladığı sazişdə İranda Buşehr nüvə stansiyasında iki reaktorun qurulması və bunların sayının, imkan olsa, 4-ə çatdırılması qeyd olunur. Rusiya İranda Buşehrdə ilk nüvə reaktorunu 2011-ci ildə qurub. Noyabrın 11-də Moskvada imzalanan başqa protokolda Rusiyanın və İranın Bushehrdə 4, digər yerlərdə də 4 reaktor qurmaq istəyi vurğulanır. Qərb ölkələri İranda sentrifuqaların sayının çoxluğunu əsas gətirərək İranın nüvə silahı düzəldə bilməsindfən narahatdırlar. / Teqlər : #Rusiya Iranda 8 nüvə reaktoru qurmaq istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dağıstan fonduna Qurani-Kərimin qədim nüsxəsi gətirilib Bakı-Naxçıvan-Bakı reysi ilə uçan sərnişinlərin nəzərinə - GÜZƏŞT VAR