Bakı-Naxçıvan marşrutu üzrə uçan təyyarə texniki nasazlıq səbəbindən Heydər Əliyev limanına qayıdıb

Bu gün Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
 
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Maide.az-a verilən xəbərə görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində uğurla başa çatıb.
 
Qayıdan təyyarənin sərnişinləri yaxın vaxtlarda ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.

Google+ WhatsApp ok.ru