Bakı-Nyu-York-Bakı aviareysləri `Boeing 787-8 Dreamliner` ilə həyata keçiriləcək

Noyabrın 7-dən etibarən "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri "Boeing 787-8" Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, "Boeing-787-8" Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir. Bu reysin sərnişinlərinə 3 xidmət sinifi - Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və I sinif standartlarına cavab verən lüks sinfi üzrə isə 18 yer təklif olunacaq. AZAL-ın "Boeing-787-8" Dreamliner tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb. Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

Google+ WhatsApp ok.ru