Dünən gecə saxlanılan dindarlar məhkəməyə göndəriləcək

Ötən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslər bu gün məhkəməyə aparılacaq.
Report.az xəbər verir ki, bu barədə Sabunçu RPİ-dən məlumat verilib.
 
“Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı Sabunçu Rayon Məhkəməsinin qərarından sonra məlum olacaq”, - idarədən bildirilib.
 
Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirilib. İlahiyyatçı Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb ediblər.  Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısında toplaşan etirazçılara müdaxilə olunub. 20-dən çox saxlanılan var.  
 

 

Google+ WhatsApp ok.ru