Bakı-Qazax magistral yolunda maşın aşıb, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda maşın aşıb, xəsarət alanlar var

Bakı-Qazax magistralında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
Hadisə yolun 490-cı kilometrliyində, Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.
 
Şəmkir rayonu Keçili kənd sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Elsevər Rövşən oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarına aşırıb.
 
Nəticədə sürücü və sərnişini, xalası oğlu, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
 
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa) /

Google+ WhatsApp ok.ru