Bakı-Qazax yolunda avtobus qəzası: yaralı var

Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində yol qəzası baş verib.
 
Lent.az-ın məlumatına görə, magistralın 389-cu kilometrliyində Hüseynov Ziyarət Arif oğlunun idarə etdiyi "VAZ 2107" ilə Gürcüstan vətəndaşı, Murquzov Alı Bəkir oğlunun sürdüyü "Mercedes" markalı avtobus toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./
 

Google+ WhatsApp ok.ru