Bakı-İstanbul aviareysində gecikmə yaranıb

AZAL: Gecikmə texniki nasazlıqla əlaqədardır

Bu gün Bakı-İstanbul (Sabiha Gökçen hava limanına) istiqamətinə yerinə yetirilən aviareysdə ləngimə baş verib.
 
“APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, gecikməyə səbəb təyyarədə yaranan texniki nasazlıq olub.
 
“Qeyd edilən istiqamət üzrə saat 07:50-də uçmalı olan təyyarə saat 10:10 havaya qalxıb. Buna səbəb təyyarədə yaranan texniki nasazlıqdır. Lakin narahatlığa heç bir əsas yoxdur”, - deyə M. Səfərli qeyd edib. /

Google+ WhatsApp ok.ru