Bakı-Sumqayıt şosesində böyük tıxac yaranıb

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) böyük tıxac yaranıb.
 
“APA-Economics”in məlumatına görə, tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır.
 
Qeyd edək ki, tıxacın yaranmasına səbəb kimi Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsidir. Hadisə “KamAZ” və “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində baş verib.
 
Nəqliyyat vasitələrinin axınında müşahidə olunan sıxlığın digər səbəbi adıçəkilən şose üzərində yerləşən körpüdə uzun müddətdir aparılan tikinti-yenidənqurma işləridir.
 
Maraqlıdır ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saytında yer alan məlumata görə, saat 9:00 radələrində Bakı-Sumqayıt şosesində orta sürət 16 km/saat təşkil edir.

Google+ WhatsApp ok.ru