Bakı-Sumqayıt qatarı 27 yaşlı qadını vurub

Bakı-Sumqayıt qatarı dəmiryol xəttini keçən qadını vurub.
 
APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində baş verib.
 
Aprelin 1-i axşam saatlarında 27 yaşlı Tünzalə İsgəndərova dəmiryol xəttini keçmək istəyib. Bu vaxt Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı qadını vurub.
 
Gülnarə İsgəndərova ağır xəsarətlər alıb və Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan verilən məlumata görə, 27 yaşlı qadının vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırmalara başlanılıb.

Google+ WhatsApp ok.ru