`Bakı-Sumqayıt yolu: 30 illik deyirdilər, 2 ilə dağıldı`

Musavat saytı yazır ki, 30 illiyə istismara verilən avtoban mağıstralın ömrü 5 il də çəkmədi. 
 
Sayt yazır ki, 2011-ci ildə tam olaraq istismara verilən Bakı-Sumqayıt yolu bərbad hala düşüb.
“Əslində, bu avtoban magistralda çökmə, qabarma və dağılma halları 2012-ci ildən müşahidə edilməyə başlamışdı. 2013-cü ildə yolun bir xeyli hissəsində təmir-bərpa - əslində yamaqvurma işləri aparıldı. İndi isə Bakı-Sumqayıt yolu “müharibədən çıxmış” durumu xatırladır”.
 
Bakı-Sumqayıt yolunun bəzi hissələrində - Masazır, Saray, Ceyranbatan qəsəbələri ərazisində - çəkilən fotolardan da görünür ki, şosse dəfələrlə yamanmaqdan yararsız haldadır. Bakı-Sumqayıt yolunda artıq elə vəziyyət yaranıb ki, 3 zolaqlı yolun iki zolağında hərəkət avtomobillərə ziyan vurduğundan hamı 1-ci zolaqla hərəkət edir.
 
Bakı-Quba-Rostov yolunun qurulmasına 630 milyon manat pul ayrılmışdı./
 

Google+ WhatsApp ok.ru