Bakı-Sumqayıt yolunda ağır qəza: ölən var

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Magistralın 15-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında "Leksus" markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1993-cü il təvəllüdlü Aslanxanov Vitali Aslan oğlu aldığı ağır bədən xəsarətlərindən vəfat edib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Bildirilir ki, qəzaya səbəb yolun buzlaşması şəraitində düzgün manevr edilməməsi olub.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru