Bakı - Sumqayıt yolunda həlak olanların meyitləri ailələrinə verilib - VİDEO

Bakı - Sumqayıt yolunda həlak olanların meyitləri ailələrinə verilib - VİDEO

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş vermiş qəza nəticəsində ölən 5 tələbənin meyitləri ailələrinə təhvil verilib.
 
Yaralanan 20 nəfərdən ikisi 1 nömrəli Klinik Tibbi Mərkəzə, 15 nəfər Sumqayıt şəhər xəstəxanasına, daha üç nəfər isə Xırdalan xəstəxanasına yerləşdirilib.
 
Qeyd edək ki, hadisə zamanı Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələrini daşıyan “Ford Tranzit” markalı avtobus yol kənarında dayanan kərpiclə dolu yük avtomobilinə çırpılıb. SDU-nun Fizika və elektroenergetika fakültəsinin üçüncü kursunda təhsil alan iki tələbə - İbrahim Quliyev və İbrahim Nəsibov hadisə yerində həlak olub. Klinik tibb mərkəzindən verilən məlumata görə, üç tələbə - Çinarə Quliyeva, Roza Muradova və Rəşad Canıyev isə klinikaya çatdırıldıqdan az sonra həlak olublar. Sərnişinlərindən daha iki nəfərinin vəziyyəti ağırdır.
 

Google+ WhatsApp ok.ru