ABŞ səfiri Masallıda səfərdədir

ABŞ səfiri Masallıda səfərdədir

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Masallıda səfərdədir. Bu barədə AzadlıqRadiosuna səfirlikdən bildirilib.
 
Verilən xəbərə görə, səfir bu gün, martın 9-u Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.
 
Bundan başqa, R.Cekuta-nın rayonda fəaliyyət göstərən xanım sahibkarlarla da görüşdüyü bildirilir.
 
Səfir ABŞ hökumətinin Azərbaycanda qadınların hüquq və imkanlarının genişlənməsini, iqtisadi şaxələnməni dəstəklədiyini deyib.
 
Xəbərə görə, R.Cekuta ilə birgə səfərdə olan xanımı da qadınlar arasında sahibkarlığı təbliğ edən Qadın Resursları Mərkəzində (QRM) olub.
 
Səfirlikdən verilən xəbərə görə, martın 9-u günün ikinci yarısında ABŞ səfiri Lənkərana getməyi nəzərdə tutur.
 

Google+ WhatsApp ok.ru