Bakı-Sumqayıt yolu qısalır

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində köhnə yolun söküntüsü başa çatır
 
Maide.az  “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki,  hazırda daha 6 km yolun təmirinə başlanılıb. Artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.
 
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə bu il martın 3-də start verilib və bu günə kimi 18 km yol əsaslı təmir olunub.
 
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
 
Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur
 
Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq./

Google+ WhatsApp ok.ru