Bakı 33-cü bahalı şəhərdir

Dünyanın ən bahalı 5 şəhəri Asiya və Avropa şəhərləridir. Xaricilər üçün ən bahalı şəhər Anqolanın paytaxtı Luandadır. 2-ci yerdə Honkonq, 3-cü Sürix, 4-cü Sinqapur, 5-ci Cenevrədir. Luanda üçüncü ildir liderliyi əldən vermir.
 
«Mercer» təşkilatı ənənəvi olaraq 207 şəhərdə yaşayış xərclərini hesablayıb.
 
İlk onluğa düşən digər şəhərlər Şanxay (6), Pekin (7), Seul (8), Bern (9), Ncamenadır (10).
 
Xaricilər üçün ən ucuz şəhərlər isə Bişkek (207), Vindhuk (206) və Karaçidir (205).
 
Bakı bahalığına görə 33-cü yerdədir. Moskva 50, Yerevan 192, Tbilisi 198-ci yerlərdə qərar tutub.
 
Qeyd edək ki, ötən ilki reytinqdə Bakı 46-cı, 2013-cü ildə isə 57-ci yerdə idi. Göründüyü kimi, Bakı ildən ilə bahalı şəhərlər sırasına doğru irəliləməkdədir. 
 
«Mercer» Beynəlxalq Konsaltinq Şirkəti 1975-ci ildə yaranıb. Mənzil qərargahı Nyu-Yorkdadır. Təşkilat hər bir şəhərdə 200 mal və xidmətin qiymətini müqayisə edir. Buraya ev, nəqliyyat, ərzaq, geyim, məişət əşyaları, əyləncə qiymətləri daxildir.
 
1. Luanda
 
2. Honkonq
 
3. Sürix
 
4. Sinqapur
 
5. Cenevrə
 
6. Şanxay
 
7. Pekin
 
8. Seul
 
9. Bern
 
10. Ncamena

..
 
198. Tbilisi
 
199. Manaqua
 
200. Keyptaun
 
201. Minsk
 
202. Bancul
 
203. Skopye
 
204. Tunis
 
205. Karaçi
 
206. Vindhuk
 
207. Bişkek
 
azadliq.org /
 

 

 

Google+ WhatsApp ok.ru