“MERS təhlükəli virusdur, Səhiyyə Nazirliyi ciddi tədbirlər görməlidir”

“MERS yuxarı tənəffüs yollarının iltihabını törədən, pnevmaniya, ağ ciyər ödeminə yol açan təhlükəli virusdur. Epidemiyaya meyllidir”.
Bu haqda Modern.az saytına həkim-mütəxəssis Adil Qeybulla son günlər dünyanı cənginə alan MERS virusu barədə məlumat verərkən deyib.
 
Ekspert bildirib ki, xəstəliyin ilkin əlamətləri yuxarı tənəffüs yollarının katarı-yəni qripə bənzərliyidir: “Öskürək, burun və nəfəs yollarının tutulması, nəfəs almanın çətinləşməsi, pnevmaniya, qızdırma da ilkin əlamətlərdəndir. Virusun orqanizmə daxil olması 3 gün müddətində baş verir. 3-4 gün ərzində kliniki əlamətlərini göstərir”.
 
O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən virusun epidemiya təhlükəsi yaratması barədə xəbərdarlıq olunub: “Bütün ölkələrdə virusa qarşı konkret tədbirlər görülməlidir. Bu tədbirlər ilk növbədə virusun yayılmasının qarşısının alınmasına yönəldilməlidir. Azərbaycana gəldikdə isə transsərhəd keçid zonalarında şübhəli şəxslər karantinə salınmalı, yoxladıqdan sonra ölkəyə buraxılmalıdır. Ölkədə virus təhlükəsi olarsa təcili tədbirlər həyata keçirilməlidir. Əhalinin çox toplandığı yerləri mümkün qədər azaltmaq lazımdır. Xəstəliyə yoluxan insanlar dərhal yataq rejiminə keçirilməli, izolə edilməlidir. Səhiyyə Nazirliyi və müvafiq qurumlar prosesin qarşısını ala biləcək profilaktik tədbirlər görməlidir”./

Google+ WhatsApp ok.ru