Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yanğın baş verib - FOTO

Bakıda yanğın hadisəsi baş verib. 
Hadisə Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaxınlığında inşa olunan yarımtikilidə baş verib. 
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğının söndürülməsi istiqamətində iş aparılır.
Yanğının səbəbləri hələlik məlum deyil. 

Google+ WhatsApp ok.ru