Bakıda 10-dan artıq evin altından neft çıxır - VİDEO 21 Oktyabr 2016 01:00 Xəbərlər Paytaxtda bəzi evlərin altından neft çıxır, üstəlik ərazidə heç bir boru da yoxdur. Görüntülər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsindəndir. Ərazidə yerləşən 10-dan artıq həyətdən neft çıxır. Bəzi evlərin zirzəmisi də bu cür maye ilə dolub və sızaraq həyətə çıxır. Neft qoxusundan evdə oturmaq mümkün deyil. Maide.az saytı xəbər verir ki, sakinlərin “Xəzər Xəbər”ə verdikləri məlumata görə, həyətlərdə 1 ildir bu cür vəziyyət hökm sürür. Sakinlər deyirlər ki, neft quyularından çıxan çirkab suyun axıdılması üçün nəzərdə tutulan göl qurudulub və həmin vaxtdan həyətlərdən qrunt suları və neft üzə çıxmağa başlayıb. Həyətdəki əksər ağaclar quruyub və ərazi həşəratların məskəninə çevrilib. Məsələ ilə bağlı Zabrat ərazi icra nümayəndəsi və ərazinin icarədarı olan "Balaxanı Oil Company"nin nümayəndələri də həyətlərə baxış keçiriblər. Ərazidə neft hasilatı ilə məşğul olan şirkətin nümayəndələri isə bildiriblər ki, oradan heç bir neft borusu keçmir. Araşdırılma aparıldıqdan sonra problemin həlli istiqamətində lazımi tədbirlər görüləcək. Teqlər : #Bakıda 10dan artıq evin altından neft çıxır VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 18 beynəlxalq təşkilat Azərbaycan hökumətinə qarşı Azərbaycan dilinin normalarını pozanlarla bağlı yeni təklif - PUL CƏRİMƏSİ