Bakıda 25 yaşlı oğlan qətlə yetirilib

Bakıda qətl törədilib.
 
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Yasamal rayon sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralını xilas etmək mümkün olmayıb.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə olması müəyyən edilib və o saxlanılıb.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Google+ WhatsApp ok.ru