Bakıda 29 yaşlı oğlan qətlə yetirilib

Bakıda qətl törədilib.Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Natiq Həşimi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Kamran Vahid oğlu Bağırov aralarında yaranmış münaqişə zəmində tanışı, 1986-cı il təvəllüdlü Cümşüd Əsədulla oğlu Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.
 
Qətli törədən K. Bağırov saxlanılıb.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.  /

Google+ WhatsApp ok.ru