Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölüb

Bakı şəhərinin Suraxanı rayonunda 2 vətəndaş mərmər lövhələr altında qalaraq vəfat edib.
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndiriblər. Məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşmış və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar. 
Xilasedicilər mərmərləri kəsərək ayırmış və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 23:14-də başa çatıb.

Google+ WhatsApp ok.ru