Bakıda 4 nəfəri gün vurub

Bakıda 4 nəfəri gün vurub

 
Yay mövsümü başlayandan Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 59 nəfər günvurma ilə bağlı müraciət edib
 Bakıda 4 nəfəri gün vurub. 
Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib.
O bildirib ki, şənbə və bazar günləri günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 4 nəfər müraciət edib.
İ. Əliyevanın sözlərinə görə, gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.
Baş həkimin müavini qeyd edib ki, yay mövsümü başlayandan bu günə kimi isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 59 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 20-si xəstəxanaya yerləşdirilib. /

Google+ WhatsApp ok.ru