Bakıda 58 yaşlı kişi özünü yandırıb

Bakıda 58 yaşlı kişi özünü yandırıb

Bakıda 58 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.
 
Hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-in qarşısında qeydə alınıb.
 
Belə ki, 1958-ci il təvəllüdlü Xudaverdi Musayev intihar etmək məqsədi ilə üzərinə benzin tökərək yandırıb. O, ağır yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. X.Musayevin vəziyyəti ağırdır.
 
Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır. (report) /

Google+ WhatsApp ok.ru