Bakıda “Mercedes” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonu ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
 
Maide.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili MAN markalı yük maşını ilə toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində olan 2 sərnişin sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

Google+ WhatsApp ok.ru