Bakıda “Xocalıya ədalət” şüarı altında yürüş keçirilib - FOTOSESSİYA

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə “Xocalıya ədalət” şüarı altında gənclər təşkilatları üzvlərinin iştirakı ilə yürüş təşkil edilib.
 
Fonddan Maide.az-a verilən məlumata görə, 26 fevral 2015-ci il tarixində, saat 04.30-da Xocalı prospektində ucaldılmış “Xocalı” abidəsinin önündən başlayan yürüş dənizkənarı milli parkda bitib.
 
Aksiya şamlarla işıq saçan fənərlərin səmaya buraxılması ilə yekunlaşıb.
 
Yürüşdə təxminən 3000-dən çox gənc iştirak edib.
 
Aksiya Xocalı faciəsinin geniş dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və dünya kütləvi informasiya vasitələri, televiziya kanalları tərəfindən, həmçinin sosial şəbəkələrdə işıqlandırılıb.
 
 
 

Google+ WhatsApp ok.ru