Bilgəhdə Xanım Zeynəbin (s.ə) mövludu qeyd olunub - FOTO

Bilgəhdə yerləşən Xanım Zəhra (s.ə) məscidində vilayət evinin ilk qızı - Xanım Zeynəb (s.ə) adına qurulmuş möhtəşəm bayram tədbiri keçirilib. 
 
Maide.az xəbər verir ki, bayram tədbiri Əhli-beyt məddahı Hacı Rahim Dərvişin möminləri təbriki ilə başlayıb və sonra Xanım Zeynəbə (s.ə) məxsus mövludnamə ifa olunub.
 
Daha sonra çıxış edən ilahiyyatçi alim Sərdar Hacıhəsənli də öz növbəsində möminləri bayram münasibətilə təbrik edib və Xanım Zeynəbin (s.ə) Kərbəla faciəsindən sonra keçdiyi həyat yolundan, əzmli mübarizəsindən bəhs edib. 
 
Gənc şair Məşhədi Əlibala Xanım Zeynəb (s.ə) və Xanım Zəhra (s.ə) haqqında gözəl şeirləri ilə bayram tədbirini daha da zinətləndirib. 
 
İlahiyyatçı Hacı Əli Nur da mövlud münasibətilə məclis əhlini təbrik edərək, Xanım Zeynəbin (s.ə) mübarizliyindən danışıb. Sonda təbrik üçün söz alan ilahiyyatçi Hacı Cavid də gözəl moizəsi ilə Xanım Zeynəb (s.ə) sevərlərin qəlblərinə şadlıq gətirib və sonda fərəc duası ilə möhtəşəm bayram tədbiri yekunlaşıb.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru