Bakıda ər-arvad dəm qazından zəhərlənib, onlardan biri ölüb 04 Fevral 2016 02:00 Hadisə Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun M. Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Rəşad Aydın oğlu Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Ramiz qızı Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, R. Əliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. S. Sübhaninin vəziyyəti isə ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda ərarvad dəm qazından zəhərlənib,#onlardan biri ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bir gündə iki məhbus öldü Bakıda yaşayış evində yanğın olub, ölən var