Bakıda “QAZel” elektrovozla toqquşdu - Ölən və yaralanan var

Bakıda “QAZel” elektrovozla toqquşdu - Ölən və yaralanan var

Bakı şəhərində yük avtomobili elektrovozla toqquşub.
 
“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, ötən gün Qala dəmir yolu stansiyası ərazisindəki qorunmayan keçiddə Bakı şəhər sakini Əkbər Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili elektrovoza vurub. Nəticədə Ə.Məmmədov hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru