Bakıda ərəb turistlər yol qəzasında ÖLDÜ 07 Noyabr 2016 02:00 Hadisə Bakıda ərəb turistlər yol qəzasında həlak olub. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə noyabrın 5-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. / Teqlər : #Bakıda ərəb turistlər yol qəzasında ÖLDÜ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb Bakıda 4 yaşlı uşaq yanaraq öldü