Bakıda ağır qəza - dəmir maneə avtomobilin salonuna girdi

Bakıda ağır qəza - dəmir maneə avtomobilin salonuna girdi

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Qəza Xətai rayonu Zığ şosesində qeydə alınıb. Şəhər istiqamətindən üzü Hövsan qəsəbəsi ilə hərəkətdə olan "Renault Megane" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.
 
Nəticədə dəmir avtomobilin ön şüşəsindən salona girərək, arxa şüşədən çıxıb. Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə sürücü tək olub, o da ciddi xəsarətlər almayıb.
 
Qəzanın səbəbləri araşdırılır. /Trend /
 

Google+ WhatsApp ok.ru