Bakıda ağır yol qəzası baş verib, 3 nəfər yanaraq ölüb - VİDEO 14 Aprel 2017 01:00 Hadisə Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Hadisə zamanı "VAZ 2107" markalı avtomaşın alışaraq yanıb. Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən bildirilib ki, hadisə zamanı "VAZ 2107"-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir. / Teqlər : #Bakıda ağır yol qəzası baş verib,#3 nəfər yanaraq ölüb VİDEO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var Bakıda baş verən yol qəzasında iki qardaş yanaraq həlak olub - YENİLƏNİB