Bakıda avtobuslara kondisioner qoşulacaq 23 May 2016 01:00 Ölkə “BakuBus” avtobuslarında kondisionerlər daimi olaraq mayın sonundan qoşulacaq. Maide.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib. Son günlər ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən ən çox müraciət olunan məsələ "BakuBus"-a məxsus avtobusların salonunda kondisionerlərin daimi qoşulmamasıdır deyə o bildirib: “Məlumat üçün qeyd edim ki, tam yay rejiminə keçid mayın 28-dən nəzərdə tutulduğu üçün bu tarixə qədər günün pik saatlarında sərnişinlər bilavasitə sürücüyə müraciət edərlərsə bu problem aradan qaldırılar. Daimi rejimdə fəaliyyətə isə Mayın sonundan keçiləcək”. / Teqlər : #Bakıda avtobuslara kondisioner qoşulacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, güclü yağış yağacaq Azərbaycanda ÜDM 4,5 faiz azalıb