Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, güclü yağış yağacaq 23 May 2016 01:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, paytaxt və yarımadada səhər zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Ayrı-ayrı yerlədə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlədə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq. / Teqlər : #Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq,#güclü yağış yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metronun yeni stansiyasının açılacağı tarix bəlli oldu Bakıda avtobuslara kondisioner qoşulacaq