Bakıda avtobus qadını vuraraq öldürüb

Bakıda avtobus qadını vuraraq öldürüb

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub.

Hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb.

Məkəzdən Trend-ə verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib. /Trend

Google+ WhatsApp ok.ru