Bakıda avtobus sürücüsündən daha bir qanunsuzluq - FOTOLAR

Bakıda sərnişindaşımada istifadə olunan avtobuslarının sürücülərinin qanunsuz hərəkətləri barədə dəfələrlə yazılıb, göstərilib. Bütün bunlara baxmayaraq, avtobus nəqliyyatında problemlər aradan qaldırılmır, əksinə, sürücülər qanunsuz hərəkətlərini, qeyri-etik davranışlarını davam etdirirlər.
 
Sosial şəbəkələrdə daha bir avtobus sürücüsünün fotoları yayılıb. Məlumata görə, fotolar 96 saylı marşrut üzrə hərəkət edən 10 TH 057 dövlət nömrə nişanlı iritutumlu sərnişin avtobusunda çəkilib. Sürücü bir neçə dayanacaqlıq hərəkət müddətində mobil telefondan istifadə edib. Onun bir əli telefonda, digər əli isə sürət qutusunun üzərində olub. Sürücü sükanı dirsəyi ilə idarə edib. 
 
Qeyd edək ki, "Yol hərəkəti haqqında qanun mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyi, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyi qadağan edir. 
 
 
 
 
 
Musavat.com

Google+ WhatsApp ok.ru