Bakıda avtomobil ABŞ diplomatının oğlunu vurdu

 Ötən şənbə Bakının Səbayıl rayonunda ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Stefan Qaysinin oğlu 1997-ci il təvəllüdlü Ceremi Qaysi yol qəzasının qurbanı olub.

Maide.az xəbər verir ki, bu barədə vesti.az-a Səbayıl rayon Polis İdarəsindən bildiriblər.

Bildirilir ki, Badamdar şosessində, 129 saylı binanın qarşısında Ceremi Qaysini İran istehsalı olan Saipa Tiva markalı avtomobil vurub. Avtomobili Bakı sakini, 1978-ci il təvəllüdlü Zaur Rzayev idarə edirmiş.

Nəticədə səfirliyin birinci katibinin oğlu SOS klinikasına çatdırılıb və burada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. /

 

Google+ WhatsApp ok.ru