Bakıda avtomobil dayanacağa çırpılıb, ölən və yaralanan var 18 Avqust 2015 01:00 Hadisə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 01 radələrində paytaxtın Nizami rayonunda Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacağa vurub. Nəticədə onun qızı Dəniz və dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov xəstəxanaya yerləşdirilib, R.Dəmirov orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda avtomobil dayanacağa çırpılıb,#ölən və yaralanan var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beyləqanda silahlı insident: yaralanan var Azərbaycanda məscid yandı - VİDEO