Bakıda avtomobil iki piyadanı vurub - FOTO

Bakının Sabunçu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, Qaraçuxur qəsəbəsi ərazisində “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadalar Çiçək Babayeva və Bilal Məmmədovu vurub.
 
Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər hər iki yalarının kəllə-beyin travması aldığını bildirirlər. Hadisəni törədən “Opel” markalı avtomobilin sürücüsünün ifadəsinə görə piyadalar qəfil onun yoluna çıxdığından o, avtomobili saxlaya bilməyib və nəticədə hadisə baş verib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru