Bakıda avtomobillə sərnişin avtobusu toqquşdu - Yaralılar var 01 Noyabr 2019 10:39 Hadisə Bakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib. Trend-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında Sabunçu rayon Maştağa qəsəbəsində qeydə alınıb. Minik avtomobilinin 131 saylı xətt üzrə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına çatıdırılıblar: Avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Rəhimov Mehdi Hikmət oğlu, 1988-ci il təvəllüdlü Rəcəbov İkram Mahir oğlu, 1996-cı il təvəllüdlü Babayev Məlikağa Həmidağa oğlu və 1994-cü il təvəllüdlü Rəcəbov Mahir İbrahim oğlu. Onlardan üçü ilkin tibbi müayinədən sonra ambulator müalicəyə yola salınıb, bir nəfər M.Rəcəbov isə xəstəxananın travma şöbəsində müalicə alır. Teqlər : #Bakıda,#avtomobillə,#sərnişin,#avtobusu,#toqquşdu,#Yaralılar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda işıqforların işində problem yaranıb ‘Binə’ ticarət mərkəzi su altında qaldı - Foto