Bakıda avtomobil nəqliyyatı vasitələrinin sayı 1,2 faiz azalıb

Bakıda avtomobil nəqliyyatı vasitələrinin sayı 1,2 faiz azalıb

2000-ci ildən bəri Bakıda avtomobil nəqliyyatı vasitələrinin sayı azalmağa başlayıb. 2015-ci ildə ölkədə avtomobil nəqliyyatı vasitələrinin sayı 2,4% artsa da, Bakıda 2014-cü ilə nisbətən 1,8% azalıb, deyə Dövlətstatkomda  Turan-a bildiriblər.
 
1 yanvar 2015-ci il üçün Bakıda 728,7 min avtomobil qeydiyyata alınıb.
 
Bakıda hər 100 ailəyə 52 özəl minik avtomobili düşüb. 2014-cü ildə bu göstərici 114, 2013-cü ildə 118 olub. Bakıda cəmi 586,1 min özəl minik avtomobili var. Bu, 2014-cü ilə nisbətən 14 min ədəd azdır.
 
Bakıda minik avtomobillərinin sayı dövlət və özəl strukturlarının avtoparkları nəzərə alınmaqla bu ilin əvvəli üçün 634,1 min ədəd olub.
 
Maraqlıdır ki, Bakıda təkcə avtomobilləri yox, yük avtomobilləri də azalır. Əgər 2014-cü ildə yük avtomobillərinin sayı 64 min olubsa, 2015-ci ildə bu göstərici 62,3 min ədədə azalıb.
 
2013-cü ildən bakıda sərnişin avtobuslarının sayı azalır. Təkcə ötən il 234 avtobus silinib. Son 4 ildə dövlət, eləcə də özəl şirkətlər yüzlərlə iritutumlu avtobus alıb. Onlar kiçik avtobusları əvəz edib.
 
Ekspertlərə görə, Bakıda avtomobillərinin sayının azalmasını iqtisadi böhranla bağlı vətəndaşların regionlara axını ilə əlaqələndirmək olar. 

Google+ WhatsApp ok.ru