Havanın temperaturu yüksəlir

Havanın temperaturu yüksəlir

Bakı və Abşeron yarımadasında avqustun 19-da hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz  35-37 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz  25-45% təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərədə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz  24-29 dərəcə isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru