Bakıda bacı və qardaşı döyüb qarət etdilər

Hadisə Yasamalda baş verib.
 
Aprelin 24-də Yasamal rayonu ərazisində yaşayan Bakı şəhər sakini Amil Musayevin mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs onu və bacısı Raisanı bıçaqla hədələyib oradan 560 manat pul və 3 ədəd  mobil telefon aparıb.
 
Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
 
Məlumata görə, Yasamal  RPİ  28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. /
 

Google+ WhatsApp ok.ru