Bakıda bankın qarşısında özünü yandırdı...

Noyabrın 23-də Bakı metrosunun "Azadlıq prospekti” stansiyasının yaxınlığındakı bir bank filialının qarşısında Malik Hüseynov adlı orta yaşlı şəxs intihara cəhd edərək özünü yandırıb.
 
Malik Hüseynovun köməyinə yığışan insanlar onu xilas etməyəı çalışıb. Sonra o, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım avtomobili ilə Respublika Yanıq Mərkəzinə çatdırlıb.
 
Respublika Yanıq Mərkəzindən Ameirkanın Səsinə bildiriblər ki, Malik Hüseynovun vəziyyəti ağırdır.
 
“O tənəffüs yollarının və bədənin yuxarı ətrafının 3-cü, 4-cü dərəcəli yanığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirlib”, qəbul şöbəsindən deyiblər.
 
Malik Hüseynovun hansı səbəbdən intihar edərək özünü yandırması hələ bəlli deyil.
 
Xatırladaq ki, son zamanlar yerli media banklara kredit borcunu ödəyə bilməyən bir neçə insanın intihar etməsi ilə bağlı məlumatlar yayıb. Ancaq, bu məlumatların doğruluğu hələ məhkəmələr tərəfindən təsdiq olunmayıb.
 
Müxbirlərimiz hadisənin təfərrüatlarını öyrənməyə çalışırlar. 

Google+ WhatsApp ok.ru