Bakıda bankomatları partlatmağa hazırlaşan yeniyetmələr tutulub 03 Mart 2015 02:00 Hadisə Xəzər rayonunda mağazaları qarət edən dəstənin üzvlərini saxlayıb.Xəzər Rayon Polis İdarəsinin əməkdaşları ayrı-ayrı vətəndaşların ticarət obyektinin qarət edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda Xəzər rayonu Buzovna qəsəbəsindəki ticarət obyektlərini qarət edən dəstənin üzvləri yetkinlik yaşına çatmayan Maksim İvanov, Nahid Mənsurov, Zahir Mustafayev, Kənan Cabbarov saxlanılıblar. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Məlum olub ki, onlar ötən ilin dekabr ayından Buzovna qəsəbəsindəki ticarət obyektlərinin qapı və pəncərələrini sındıraraq qarət ediblər. Saxlanılan şəxslərin evlərinə baxış keçirən zaman istintaqa məlum olmayan mənbədən əldə etdikləri çoxlu sayda fişəng və digər partlayıcı maddələr götürülüb. Məlum olub ki, cinayətkar dəstə həmin partlayıcı maddədən bankomatları qarət etmək üçün istifadə edəcəkmiş. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda bankomatları partlatmağa hazırlaşan yeniyetmələr tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda tikilməkdə olan ticarət mərkəzinin beton konstruksiyaları dağıldı – FOTO Rusiya azərbaycanlı biznesmeni beynəlxalq axtarışa verib