Bakıda baş verən avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - SİYAHI

Bakıda ötən gün baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.
 
Maide.az-ın məlumatına görə, hadisə zamanı ölən şəxslər 1999-cu il təvəllüdlü Fərid Məmmədli və 1982-ci il təvəllüdlü Ruslan Cəfərovdur. Hər iki şəxs avtobusun sərnişini olub. Qəza zamanı ümumilikdə 25 nəfər xəsarət alıb. Həmin şəxslər 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan 13-nün xəsarəti yüngül olduğundan evə buraxılıb. Xəstəxanada müalicəsini davam etdirən 12 nəfər isə bunlardır: 
 
Məmmədəli Kazımov - 55 yaş
Ayşən Nəcəfova - 22 yaş
Almaz Cəfərov - 33 yaş
Teyyub Cəfərov - 39 yaş
Ziyafət Mustafayeva - 55 yaş
Yaşar Mirəliyev - 53 yaş
Elşən Hacıyev - 59 yaş
Azər Əliyev - 40 yaş
Bəxtiyar Əliquliyev - 50 yaş
Bayram Ağayev - 45 yaş
Göyüş Məmmədov - 15 yaş
Nahidə Məmmədova - 16 yaş.
Siyahıda adları yer almış sonuncu iki şəxs bacı-qardaşdır.
 
Qeyd edək ki, hadisə Suraxanı rayonunun Yeni Ramana yaşayış massivində qeydə alınıb. Qəza zamanı "Shacman" markalı yük maşını ilə 214 saylı marşrutla hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru